EN

bp: Yeni qaz layları tapmaq üçün Xəzər dənizində seysmik tədqiqatlar aparırıq

Bakı, 6 mart, AZƏRTAC

Yeni qaz layları tapmaq üçün Xəzər dənizində seysmik tədqiqatlar aparırıq. Geoloji kəşfiyyat baxımından bizim əlmizdə olan layihələr var ki, bunlardan ən əsası “Şəfəq-Asiman” layihəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

“Biz həm SOCAR ilə, həm də ölkə rəhbərliyi ilə işlər aparırıq ki, təbii qaz üzrə yeni layihələrə qoşula bilək. bp olaraq biz neft və qaz sahəsində böyümək istəyirik. Bu baxımdan Azərbaycanı bizim strategiyamıza tam uyğun ərazi kimi görürük”,- deyə o bildirib.

Chosen
45
azertag.az

1Sources