EN

Ədliyyə naziri Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

Martın 6-da ədliyyə naziri Fərid Əhmədov Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edilib və önünə gül dəstəsi qoyulub.

Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından ümumilikdə 40 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

10Sources