EN

Uşaq evlərinin sakinləri biliklərini sınayıblar

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 6 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri arasında bilik yarışı keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan yarışın məqsədi ölkəmizin görkəmli qadın ictimai xadimləri haqqında məlumatlılığın artırılması, uşaqların dünyagörüşünün genişləndirilməsi, həmçinin qadınların cəmiyyətdəki rolunun və əhəmiyyətinin vurğulanmasına nail olmaqdır.

Müsabiqə bir neçə mərhələdən ibarət olub və iştirakçılar müxtəlif mövzular (elm, mədəniyyət və incəsənət sahəsində tanınmış şəxslərlə bağlı) üzrə biliklərini nümayiş etdiriblər.

Yarışın yekununda qaliblərə diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, agentliyin 6 Uşaq evi sosial xidmət müəssisəsi və 2 Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Hazırda həmin müəssisələrdə ümumilikdə 460 valideyn himayəsindən məhrum olan uşaq dövlət himayəsində yaşayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
126
azertag.az

1Sources