EN

Ərdoğandan Meloniyə kritik telefon zəngi

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığı aparıb.

Liderlər Türkiyə-İtaliya ikitərəfli münasibətlərini, xüsusilə bölgəmizdəki münaqişəli prosesin gedişatı başda olmaqla, regional və qlobal məsələləri müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Rabitə Baş İdarəsinin sosial media hesabından görüşlə bağlı verilən açıqlamaya görə, liderlər Türkiyə-İtaliya ikitərəfli əlaqələrini, bölgədəki münaqişəli prosesin gedişatını, regional və qlobal mövzuları ətraflı nəzərdən keçiriblər.

Prezident Ərdoğan görüş zamanı Türkiyə-İtaliya əməkdaşlığını ticarət başda olmaqla hər sahədə daha da irəli aparmaq üçün çalışdıqlarını ifadə edib.

Ərdoğan Türkiyənin İrandakı hadisələri və onların bölgəyə təsirlərini yaxından izlədiyini, qeyri-sabitliyi artıran addımlardan çəkinmək məqsədilə tərəflərə lazımi tövsiyələrin verildiyini bildirib.

Prezident Ərdoğan Türkiyə olaraq diplomatiya zəminin gücləndirilməsini müdafiə etdiyini, bunun üçün beynəlxalq birliyin birlikdə çalışmalı olduğunu və münaqişəli prosesin qlobal təhlükəsizliyi də təhdid edəcək risklər daşıdığını vurğulayıb.

Ərdoğan bölgədə və dünyada yaşanan münaqişələrin NATO müttəfiqlərinin, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı artırmasının vacibliyini bir daha ortaya qoyduğunu qeyd edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
80
1
cebheinfo.az

2Sources