EN

“Barselona” Almaniyadan 19 yaşlı müdafiəçi transfer edir

“Barselona” “Hamburq”da çıxış edən Luka Vuşkoviçlə maraqlanır.

Msport.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi Kataloniya təmsilçisinin diqqətini cəlb edib.

Gənc oyunçu komandanın transfer siyahısında yer alır. Hazırkı ölkə çempionu yayda Vuşkoviçi heyətə cəlb etməyə çalışacaq.

Qeyd edək ki, xorvatiyalı müdafiəçi müqavilə ilə “Tottenhem”ə məxsusdur və icarə əsasında Almaniya komandasında oynayır. Onun londonlularla 2030-cu ilin yayınadək müqaviləsi var.

Chosen
35
1
msport.az

2Sources