EN

Abdullah Zubirlə selfinin qiyməti 2500 manat

ain.az, Fanat portalına istinadən məlumat yayır.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş vermiş qayda pozuntuları müzakirə olunub.

Fanat.Az xəbər verir ki. dörd oyundan üçündə cəza və cəriməyə əsas verən hal aşkarlanıb.

“Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan qonaqların legioneri Nikola Ninkoviç 2 oyunluq diskvalifikasiya edilib, klubu 1000 manat cərimələnib.

“Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs (Abdulla Zubirə yaxınlaşıb onunla selfi çəkən azarkeş) daxil olduğuna görə meydan sahibləri 2500 manat cərimələnib. “Şamaxı” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat ziyana düşüb.

“Qəbələ” – “Sabah” oyununda isə Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, “Qəbələ” 1000 manat cərimə edilib. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
fanat.az

2Sources