EN

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Türk pop musiqisinin gənc və uğurlu adlarından biri olan Semicenk yaşadığı sağlamlıq problemi səbəbindən xəstəxanaya yerləşdirilib.

Məşhur müğənninin evdə yıxılaraq huşunu itirdiyi və daha sonra xəstəxanaya aparıldığı iddia edilib.

Hadisə tezliklə sosial mediada trend mövzusuna çevrilib və pərəstişkarları onun sağlamlıq vəziyyəti ilə maraqlanmağa başlayıblar. 

Xəstəxanaya yerləşdirildiyi barədə xəbərlərdən sonra Semicenk şəxsi sosial media hesabında paylaşım edərək onun sağlamlıq vəziyyəti ilə bağlı məlumat verib:

"Nəzər, nəzər, xoş Ramazanlar, dostlar" .

Chosen
17
1
musavat.com

2Sources