EN

ABŞ vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin Bağdaddakı səfirliyi İraqdakı Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Bakıvaxtı.az-ın metbuat.az-a istinadla xəbərinə görə, bəyanatda qeyd olunub ki, ABŞ hökuməti Yaxın Şərqdən amerikalıların təxliyəsinə kömək etmək üçün bütün variantları nəzərdən keçirir. Açıqlamada, hazırda İraqdan kommersiya uçuşlarının olmadığı, lakin İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyəyə quru yolu ilə səyahətin mümkün olduğu və əksər sərhəd keçid məntəqələrinin açıq olduğu bildirilib.

Məlumatda, amerikalılara təhlükəsiz hesab etdikləri təqdirdə ölkəni quru yolu ilə tərk etməyi nəzərdən keçirmələri tövsiyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
138
5
bakivaxti.az

10Sources