ain.az bildirir, Redaktor.az portalına istinadən.
İranın Müvəqqəti İdarəetmə Şurası ölkənin Ali Liderini seçəcək Ekspertlər Şurasının iclasının prosedurunu müzakirə etmək üçün yığıncaq keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Müvəqqəti İdarəetmə Şurasına Məsud Pezeşkian, Qulam Hüseyn Möhsəni-Ejei və Ayətullah Əli Rza Ərafi daxildir.
Bildirilib ki, İranın Ali Lideri Ayətullah Əli Xamenei İsrail və ABŞın hava hücumları nəticəsində həyatını itirib. O, 1989-cu ildə İmam Xomeyninin vəfatından sonra İrana 37 il rəhbərlik edib.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.