EN

Ramazan ayında ən çox verilən suallardan biri: Oruclu halda saqqız çeynəmək orucu pozurmu? Video

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ramazan ayı sadəcə təqvimdə bir ayın adı deyil. Bu ay insanın öz nəfsi ilə üz-üzə qaldığı, susaraq danışmağı, ac qalaraq doymağı öyrəndiyi bir məktəbdir. Gün ərzində çəkilən aclıq əslində bədənin yox, ruhun tərbiyəsidir. İnsan anlayır ki, hər istədiyini etmək azadlıq deyil. Əsl azadlıq istəklərinə hökm edə bilməkdir.

Bu ayda paylaşmağın nə demək olduğunu insan məhz bu günlərdə daha dərindən anlayır. Bir tikəni bölmək, bir stəkan suyu dua ilə içmək, kiminsə halını soruşmaq – bunlar kiçik görünən, amma böyük mənalar daşıyan addımlardır. Orucluq bizə göstərir ki, zənginlik malda deyil, mərhəmətdədir.

Səbr bu ayın ən böyük dərsidir. Səhərdən axşama qədər insan özünü saxlayır, nəfsinə “dayan” deməyi öyrənir. Həyatda da çox vaxt bizə məhz bu bacarıq lazımdır – tələsməmək, qəzəbi udmaq, düşünərək danışmaq. Orucluq ayı bu baxımdan insanı gücləndirir, iradəsini möhkəmləndirir.

İlahiyyatıçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, oruc tutmaq məsələsi təkcə aclıq və susuzluq deyil: “Qurani Kərimdə buyurulur ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc vacib edildi ki, təqvalı olasınız. Bu ayə göstərir ki, məqsəd bədəni zəiflətmək deyil, iradəni tərbiyə etməkdir. Məhəmməd peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim yalanı və pis əməli tərk etməzsə, onun yeməyi və içməyi tərk etməsinə Allahın ehtiyacı yoxdur. Deməli məsələ yalnız texniki pozulma deyil, həm də mənəvi mahiyyətdir”.

Oruclu halda saqqız çeynəmək orucu pozurmu?

Əkrəm Həsənov qeyd edib ki, saqqız çeynəmək klassik fiqhdə müzakirə olunub: “Əgər saqqızın dadı və hissəcikləri boğaza gedərsə, bu artıq yemək hökmünə yaxınlaşır və oruc pozular.

Köhnə, dadsız saqqız barədə bəzi alimlər icazə versə də, əksəriyyət bunu məkruh sayıb. Müasir saqqızların tərkibində şəkər və dadlandırıcılar olduğu üçün praktik olaraq orucu pozma riski var”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
161
bizimyol.info

1Sources