EN

Fransa kubokunda yarımfinal cütləri müəyyənləşdi

Fransa kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları məlum olub.

Msport.az xəbər verir ki, 1/4 finalın son matçında “Lion”  “Lans”la qarşılaşıb.

Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Lans” 5:4 hesablı qələbə qazanıb və yarımfinala yüksəlib.

Daha əvvəl turnirdə “Strasburq”, “Nitsa” və “Tuluza” 1/2 finala adlayıb.

 

Yarımfinal mərhələsinin cütləri belədir:

“Strasburq” – “Nitsa”
“Lans” – “Tuluza”

Chosen
23
1
msport.az

2Sources