EN

"Barsa"nın əfsanəsinə bu ölkədə vəzifə verildi

"Barselona"nın əfsanəsi Andres İnyestanın yeni iş yeri müəyyənləşib.

Publika.az xəbər verir ki, Avropa və dünya çempionu olan sabiq futbolçu Mərakeş millisinin idman direktoru vəzifəsinə təyin olunub. Bu barədə təyinatı Mərakeş Kral Futbol Federasiyasının mətbuat xidməti elan edib.

İnyesta futbolçu karyerasını 2024-cü ildə başa vurub. O, karyerasını bitirdikdən sonra dəfələrlə məşqçi olmaq istədiyini etiraf edib.

Yığma isə U-20 komandası ilə Dünya kubokunu qazanan Məhəmməd Uahtiyə tapşırılıb. O, Valid Reqraqini əvəz edib.

Chosen
105
publika.az

1Sources