EN

Neftimizin qiyməti 88 dollara çatır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,61 ABŞ dolları və ya 6,82% azalaraq 87,9 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 82,29 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

"Cebheinfo.az"

Chosen
81
49
cebheinfo.az

10Sources