EN

Tramp Ağ Evdə Messi ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə MLS Kubokunda qazandığı çempionluq münasibətilə "İnter Mayami" klubunu Ağ Evdə qəbul edib.

Fanat.Az xəbər verir ki, ölkə başçısı təntənəli qəbulda komandaya qalib olması münasibətilə təbriklərini çatdırıb.

O, çıxışı zamanı komandanın ulduz oyunçularından Lionel Messinin adını xüsusi qeyd edib.

“İnter Mayami” klubunun sahibi Xorxe Mas da tədbirdə çıxış edərək qəbula görə ABŞ prezidentinə təşəkkürünü bildirib, adından Trampa xatirə hədiyyələri təqdim olunub.

Sözügedən komanda ötən ilin noyabrında "Vankuver" üzərində qələbə qazanaraq kuboka sahib çıxıb. Bu, klubun 2020-ci ildə liqaya qatılmasından sonra əldə etdiyi ilk çempionluqdur.

Messi "İnter Mayami"yə 2023-cü ilin yayında qoşulub. Ötən ilin oktyabrında isə o, klubla müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadıb.

Chosen
24
fanat.az

1Sources