EN

İtaliyanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək

İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb və diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bəyan edib.

Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.

“Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 italyandan ibarət qrup artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik fəaliyyətinə Bakıdan davam edəcək”, - deyə Antonio Tayani vurğulayıb.

Bizim.Media

Chosen
56
12
bizim.media

10Sources