AZ

İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək » AzadMedia.az


İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.

Bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bəyan edib.

Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.

"Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 italyandan ibarət qrup artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik fəaliyyətinə Bakıdan davam edəcək", - Tayani vurğulayıb.

Daha əvvəl İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyə olunduğu bildirilmişdi.
Seçilən
58
12
azadmedia.az

10Mənbələr