EN

“Adolf Hitler” Pəhləvini belə ələ saldı – VİDEO

İranın mühacirətdəki vəliəhd şahzadəsi Rza Pəhləvi rus komediyaçılarının qurbanı olub.

Bizim.Media xəbər verir ki, qarşısındakı şəxs Adolf Hitler kimi davransa da, Pəhləvi bunun zarafat olduğunu anlamayıb və İranın gələcəyi ilə bağlı ciddi müzakirə aparıb.

Komediyaçılar özlərini Almaniya Kansleri Fridrix Mertsin müşavirləri kimi təqdim edərək, Almaniyanın İrana qarşı hərbi hücuma hazırlaşdığını bildiriblər.

Onlardan biri özünü “Adolf” kimi təqdim edib, Hitler kimi saxta bığ taxsa da, Pəhləvi bunun zarafat olduğunu başa düşməyib və görüşü davam etdirib.

Pəhləvi komediyaçıların “Səlib yürüşü” adlandırdığı İrana qarşı əməliyyatı alqışladığını bildirib. O, digər Avropa ölkələrinin də İrana qarşı daha aqressiv siyasət yürütməli olduğunu qeyd edib.

Pəhləvi rejimin süqutundan sonra yaranan boşluğu doldurmağa hazır olduğunu vurğulayıb.

Bizim.Media 

Chosen
64
2
bizim.media

3Sources