EN

Pentaqon: ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

BAKI, 6 mart. TELEQRAF

ABŞ hərbçiləri İrana qarşı hərbi əməliyyat zamanı İranın “Shahed-136” kamikadze pilotsuz uçuş aparatının əsasında hazırlanmış LUCAS dronundan istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.

Onun sözlərinə görə, LUCAS pilotsuz uçuş aparatı əməliyyatlarda mühüm rol oynayır.

“LUCAS əvəzolunmazdır. Bu, əslində ələ keçirdiyimiz İran dronudur. Onun bütün daxili hissələrini çıxardıq, ABŞ-a göndərdik, üzərinə bir qədər ‘Made in America’ əlavə etdik, sonra geri gətirib indi iranlılara qarşı istifadə edirik”, – deyə Kuper mətbuat konfransında bildirib.

Jurnalistlərin bu dronların hansı hədəflərə qarşı istifadə edildiyi barədə sualına admiral qısa cavab verərək “yaxşı hədəflərə” qarşı tətbiq olunduğunu söyləyib.

Qeyd edək ki, LUCAS (Low-Cost Uncrewed Combat Attack System - “ucuz pilotsuz zərbə sistemi”) İranın “Shahed-136” sursatının analoqu hesab olunur. Aparatın çəkisi təxminən 600 kiloqrama qədərdir, üçbucaqlı qanadlarının ölçüsü isə təxminən 2,5 x 3 metrdir.

Chosen
34
teleqraf.com

1Sources