EN

Venesuela və ABŞ diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər

Venesuela və ABŞ diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər

Venesuela və ABŞ hökumətləri diplomatik münasibətlərin bərpa olunması barədə qərar qəbul ediblər.

AFN.az xəbər verir ki, bu barədə Bolivar respublikasının xarici işlər naziri İvan Xil Pintonun "Telegram" kanalında dərc olunmuş hökumət kommünikesində bildirilir.

"Venesuela Bolivar Respublikası elan edir ki, Amerika Birləşmiş Ştatları rəhbərliyi ilə aparılan diplomatik dialoqdan sonra hər iki ölkənin hökuməti diplomatik və konsulluq münasibətlərini bərpa etmək qərarına gəlib", - deyə sənəddə qeyd olunur. Mətndə vurğulanır ki, Venesuela hökuməti qarşılıqlı hörmətə, dövlətlərin suveren bərabərliyinə və xalqlar arasında əməkdaşlığa əsaslanan konstruktiv dialoqun yeni mərhələsinə keçməyə hazır olduğunu təsdiqləyir.

Kommünikedə diplomatik münasibətlərin bərpasının qarşılıqlı anlaşmanı gücləndirəcəyinə, həmçinin Venesuela xalqının sosial və iqtisadi rifahına səbəb olacaq müsbət, qarşılıqlı faydalı əlaqələr üçün imkanlar açacağına əminlik ifadə olunub. Bolivar hökuməti ispan müstəmləkə hakimiyyətindən azad edən Simon Bolivarın ABŞ hökuməti ilə "dostluq və xoş anlaşma münasibətləri" qurmaq istəyi barədə sözlərini də xatırladıb.

Chosen
44
7
afn.az

8Sources