EN

Küveyt: İranın zərbələri nəticəsində 67 hərbçi yaralanıb

BAKI, 6 mart. TELEQRAF

İranın Küveyt ərazisinə endirdiyi zərbələr başlayandan bəri ölkənin 67 hərbçisi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, İranın həyata keçirdiyi hücumlar nəticəsində yaralanan hərbçilərin sayı 67 nəfərə çatıb.

Məlumatda yaralıların vəziyyəti barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Chosen
76
teleqraf.com

1Sources