EN

Bred Pitt və sevgilisi Yunanıstanda görüntülənib

Aktyor Bred Pitt və sevgilisi İnes de Ramon Yunanıstanda tətil edərkən kameralara tuş gəliblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "InStyle" nəşri məlumat yayıb.

Bred Pitt və sevgilisi İnes de Ramon Yunanıstanın Hidra adasında gəzintiyə çıxarkən görüntüləniblər. Aktyor ağ rəngli bomber gödəkçə, sviter və boz şalvar geyinib. O, obrazını Burberry papağı və xaki rəngli çanta ilə tamamlayıb. 33 yaşlı İnes de Ramon qoyun dərisindən palto və qara rəngli şalvar geyinib.

Bred Pitt və İnes de Ramon bu yaxınlarda Venesiya Film Festivalında baş tutan "Tənha Qurdlar" filminin premyerasına qatılıblar. İnternet istifadəçiləri İnes de Ramonu Pittin keçmiş həyat yoldaşının stilini təqlid etməkdə günahlandırıblar .

Daha əvvəl Bred Pittin sevgilisinin keçmiş həyat yoldaşı Ancelina Coli ilə görüşmək istədiyi bildirilmişdi.

Elvin

Ölkə.az

Chosen
82
1
olke.az

2Sources