EN

Avstriya naziri Azərbaycanla həmrəyliyini bildirib

Bakı. Trend:

5 mart 2026-cı il tarixində Avstriyanın Avropa və beynəlxalqməsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramova zəngvurub.

Trend xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatyayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfəİranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirilib ki,Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş buhücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudurvə regionda gərginliyin artmasına xidmət edir.

Avstriya naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dronhücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəy olduğunubildirib.

Söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyətin daha dagərginləşməsinin qarşısının alınması, diplomatik səylərinartırılması və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətinvacibliyi də vurğulanıb.

Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarınınAzərbaycan ərazisindən istifadə edilməklə təxliyyəsinə yaradılmışşəraitə görə ölkəmizə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
63
3
az.trend.az

10Sources