EN

İspaniya XİN: İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir  

İspaniya hökuməti İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyir.

AZƏRTAC xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin X səhifəsində bu barədə bildirilib.

Qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.

Chosen
56
8
azerbaijan-news.az

10Sources