EN

Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30MKI" qırıcısının heyəti uçuş zamanı rabitəyə çıxmağı dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə Hindistan HHQ-nin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bəyanatda bildirilir ki, Hindistana məxsus "Su-30MKI" qırıcısının enişində gecikmə qeydə alınıb.

Məlumata görə, hava gəmisi Assam ştatında yerləşən Corhat şəhərindən havaya qalxıb. Heyət sonuncu dəfə yerli vaxtla saat 19:42-də (Bakı vaxtı ilə 18:12) əlaqəyə çıxıb. Qırıcının itməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına başlanılıb. "Su-30MKI"-nin itməsinə nəyin səbəb ola biləcəyi barədə rəsmi məlumat daxil olmayıb.

Chosen
58
1
publika.az

2Sources