EN

Britni Spirs həbsEDİLDİ

Dünyaşöhrətli müğənni Britni Spirs sərxoş halda avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs edilib.

Redaktor.az xəbər verir ki, bu haqda “TMZ” məlumat yayıb.

Hadisə martın 4-də axşam saatlarında baş verib. Yerli vaxtla saat 21:30-da pop ulduzun avtomobili Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsi Ventura Dairəsinin Şerif Departamenti tərəfindən araşdırılıb və səhər saat 6:00-da Spirs sərbəst buraxılıb.

Qeyd olunur ki, müğənni mayın 4-də məhkəmə qarşısına çıxacaq.

 

Chosen
29
redaktor.az

1Sources