EN

Tramp Kristi Noemi vəzifəsindən azad edib

Vaşinqton, 5 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik katibi Kristi Noemi vəzifəsindən azad edib. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. Tramp onun yerinə Oklahoma ştatından olan senator Markveyn Mallinin namizədliyini irəli sürüb. O, vəzifəsinin icrasına martın 31-də başlayacaq.

Kristi Noem isə şənbə günü Florida ştatının Doral şəhərində elan ediləcək Qərb yarımkürəsindəki yeni təhlükəsizlik təşəbbüsü olan “Amerika Qalxanı” üçün xüsusi elçi vəzifəsinə keçəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
113
3
azertag.az

4Sources