Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyə çempionu "Qalatasaray" orta xəttini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" İtaliyanın "Yuventus" klubunda çıxış edən niderlandlı yarımmüdafiəçi Teun Koopmaynersin transferi üçün hərəkətə keçib.
Turin təmsilçisinin bu keçid üçün 26 milyon funt-sterlinqdən aşağı olmayan təklifləri dəyərləndirməyə hazır olduğu qeyd olunur.
Karyerasının zirvəsində olan 28 yaşlı futbolçunun transferi üçün "Cim-bom"un bütün imkanlarını səfərbər etdiyi yayılan məlumatlar arasındadır.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.