Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Hit.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan ikinci matç da başa çatıb. "Qəbələ" "Sabah"la üz-üzə gəlib. "Sabah" hər iki hissədə vurduğu qollarla 2:0 hesabı ilə öndə olsa da "Qəbələ" matçın sonuna doğru hesabı bərabərləşdirməyə nail olub.
Komandalar arasındakı matçın əlavə vaxtında isə komandalar hərəyə 1 qol vurmaqla hesabı 3:3 edib. Penaltilər seriyasına gedən matçda "Sabah" meydandan üstün ayrılmağı bacarıb. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb.
Bu nəticədən sonra "Qəbələ" "Sabah" yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.