BAKI, 5 mart. TELEQRAF
Fransa Xarici İşlər Nazirliyi İranın Naxçıvana hücumu ilə əlaqədar Azərbaycanla tam həmrəyliyini ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib.
"Fransa bu gün səhər Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanını vuran İranın dron hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - məlumatda qeyd olunub.