İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
28 fevral 8.00-dan - 5 mart saat 18:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1341 nəfər təxliyə olunub.
Belə ki, 402 Çin, 273 Azərbaycan, 262 Rusiya, 111 Tacikistan, 88 Pakistan, 46 Oman, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 11 İran, 10 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Yaponiya vətəndaşı təxliyə olunub.
Siyahıda həmçinin Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Fillipin, Qazaxıstan Türkiyə və Xorvatiyanın hər biri üzrə 3 vətəndaş, Nepal, Yəmən, Qırğızıstan, İtaliya, Çexiya, Böyük Britaniyanın hər biri üzrə isə 2 vətəndaş yer alıb. Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv Adaları, Cənubi Afrika, Kuba, Ukrayna, İsveç, Almaniya və Kanadanın hər biri üzrə isə 1 nəfər təxliyə edilib.
xxx
10:35
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
28 fevral 8.00-dan - 5 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1317 nəfər təxliyə olunub.
Belə ki, 401 Çin, 259 Azərbaycan, 259 Rusiya, 109 Tacikistan, 88 Pakistan, 46 Oman, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 11 İran, 9 Gürcüstan, 8 Braziliya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 5 Nigeriya, 4 İordaniya, 4 İsveçrə, 4 Yaponiya vətəndaşı təxliyə olunub.
Siyahıda həmçinin Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Fillipin və Qazaxıstanın hər biri üzrə 3 vətəndaş, Nepal, Türkiyə, Yəmən, Qırğızıstan, İtaliya, Çexiya, Böyük Britaniya, Xorvatiyanın hər biri üzrə isə 2 vətəndaş yer alıb. Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv Adaları, Cənubi Afrika, Kuba, Ukrayna, İsveç və Almaniyanın hər biri üzrə isə 1 nəfər təxliyə edilib.





