EN

"Qəbələ" "Sabah"a qarşı, "Turan Tovuz" yarımfinalda - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Oyunda "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk görüşdə də Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Nəticədə "Turan Tovuz" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.

Digər matçda "Qəbələ" "Sabah"la üz-üzə gəlir. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

5 mart (cümə axşamı)

18:00. “Qəbələ” – “Sabah” - 0:0 (Birinci hissə)
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0

14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:2

Qollar: Xorxe Silva, 13, Hayderson Hurtado, 51
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
İlk oyun - 0:1

3 mart (çərşənbə axşamı)

“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)

4 mart (çərşənbə)

“Qarabağ” -  “Şamaxı” - 3:1 (İlk oyun - 1:2)

Yarımfinal

"Zirə" - “Turan Tovuz”

"Qarabağ" - “Qəbələ”/“Sabah”

Chosen
39
50
teleqraf.com

10Sources