EN

Ançelotti məcburiyyətdən Neymarı milliyə qaytarır?

Braziliya milli komandasının baş məşqçisi Karlo Ancelotti yaxın gələcəkdə keçiriləcək yoxlama oyunları üçün "Santos"un kapitanı Neymarı yığmaya dəvət edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "UOL Esporte" məlumat yayıb.

Bildirilir ki, italyan mütəxəssis 34 yaşlı ulduz hücumameyilli yarımmüdafiəçiyə şans verə bilər. Lakin əvvəlcə Neymarın 16 martadək keçiriləcək "Santos"un iki oyununda özünü göstərməsi lazımdır.

11 martda "ağ-qaralar" "Mirassol"la qarşılaşacaq, 4 gün sonra isə "Korintians"ı qəbul edəcək. Təcrübəli futbolçunun şansı, ardıcıl oyunlarda yüksək fiziki yükə tab gətirmək qabiliyyətini nümayiş etdirməsindən asılıdır.

Neymarın şansını artıran amil isə millinin itkiləridir. Mümkündür ki, yoxlama oyunları zamanı Estevao bərpa olmayacaq. Bundan başqa, Rodriqo ciddi zədələnib və 10 aya qədər meydanlardan uzaq qalacaq.

Chosen
11
publika.az

1Sources