Martın 7-8-də Türkiyənin Antalya şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycan 22 cüdoçu ilə təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb.
İdmançılar 10 çəki dərəcəsində (3 oğlan, 19 qız) çıxış edəcəklər.
Oğlanlardan Fərid Rzazadə, Ülvi Cəlilzadə (hər ikisi 50 kq), Mehdi Məhəmmədəli (81 kq), qızlardan Sunay Salamova Zəhra Quliyeva (hər ikisi 40 kq), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva, Ayan Həsənli (hamısı 44 kq), Könül Eyvazlı, Fatimə Fərmanzadə (hər ikisi 48 kq), Tövsiyyə Babayeva, Məleykə Mürsəliyeva (hər ikisi 52 kq), Səma Vəlizadə, Yağmur Əhmədzadə, Səmayə Yusifli (hamısı 57 kq), Zilan Hüseynli, Pəri Məmmədli, Türkan Məmmədli (hamısı 63 kq), Məsumə Məmmədli, Rəna Əhmədova (hər ikisi 70 kq) və Zemfira Əliyeva (+70 kq) tatamiyə çıxacaqlar.
Milli komandaya yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.