Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
7–8 mart tarixlərində Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 10 çəki dərəcəsində 22 cüdoçu (3 oğlan, 19 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
AzTurnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.
Azərbaycan komandası yarışlarda aşağıdakı heyətlə təmsil olunacaq.
Oğlanlar – Fərid Rzazadə, Ülvi Cəlilzadə (50 kq), Mehdi Məhəmmədəli
(81 kq), qızlar – Sunay Salamova, Zəhra Quliyeva (40 kq), Nigar Heydərzadə
Pərvin Sevxanlı, Fatimə Abdullayeva, Ayan Həsənli (44 kq), Könül Eyvazlı, Fatimə Fərmanzadə (48 kq), Tövsiyyə Babayeva, Məleykə Mürsəliyeva (52 kq), Səma Vəlizadə, Yağmur Əhmədzadə, Səmayə Yusifli (57 kq), Zilan Hüseynli, Pəri Məmmədli, Türkan Məmmədli (63 kq), Məsumə Məmmədli, Rəna Əhmədova (70 kq), Zemfira Əliyeva (+70 kq).
İdmançılarımıza uğurlar arzulayırıq!
Qabil YUSİFOĞLUXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.