EN

Macarıstan – Azərbaycan oyununun hakimləri bilindi

Azərbaycanın qadınlardan ibarət millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstana qarşı səfər oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, C Liqasının 3-cü qrupunun matçı martın 7-də, Felksutdakı “Panço Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:

7 mart

17:30. Macarıstan – Azərbaycan 

Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır)

“Panço Arena”

Chosen
36
8
idmanxeber.az

10Sources