EN

Böyük Britaniya şirkəti ilə rəqəmsal sahədə əməkdaşlıq perspektivləri dəyərləndirilib

Bakı, 5 mart, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verilib. “Entrust” ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Sonda “Entrust” və “AzInTelecom” arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Chosen
79
11
azertag.az

10Sources