EN

Nazir Rəşad Nəbiyev Qobustanda vətəndaşlarla görüşəcək

Bakı, 5 mart, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 17-də, saat 09:30-da Qobustan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Görüşə martın 16-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Chosen
9
9
azertag.az

10Sources