EN

Arteta mövsümün sonunda “Arsenal”dan ayrıla bilər

“Arsenal”ın baş məşqçisi Mikel Arteta cari mövsümün sonunda vəzifəsindən ayrıla bilər.

90deqiqe.Az-ın "MatchDay Central"a istinadən məlumatına görə, ispaniyalı mütəxəssis bu mövsümün yekununda London klubunun həm İngiltərə Premyer Liqasını, həm də UEFA Çempionlar Liqasını qazanacağı halda istefa verməyi nəzərdən keçirir.

Bildirilir ki, Arteta bu titulların qazanılmasını “Arsenal”dakı layihəsinin əsas məqsədi hesab edir. Bu hədəflərə nail olunması onun üçün başqa yerdə yeni çağırışlar axtarmaq üçün ən uyğun vaxt ola bilər.

Məlumata görə, Artetanın vəziyyətini diqqətlə izləyən klublardan biri də Madrid “Real”ıdır.

Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə London klubu iki dəfə İngiltərə Superkubokunu, bir dəfə isə İngiltərə Kubokunu qazanıb.

Chosen
15
90deqiqe.az

1Sources