EN

İrandan Azərbaycan vasitəsilə təxliyə müxtəlif ölkələrin 17 vətəndaşı sərhədi keçib FOTO

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astara, 5 mart, AZƏRTAC

Bu gün 09:00-dan saat 14:00-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 17 nəfər təxliyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə olunanlar Azərbaycan (11 nəfər), Qırğızıstan (2 nəfər), Gürcüstan (1 nəfər), Kanada (1 nəfər), Xorvatiya (1 nəfər), Çin (1 nəfər) vətəndaşları olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Müxbir - İlkin Adıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
53
39
azertag.az

10Sources