EN

Kürd üsyanı İranı bölərsə: Güneyin iradəsi nəzərə alınacaq

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İraqda yerləşən kürd silahlı qrupları artıq İran qüvvələrinə qarşı hərbi hücuma başlayıblar.

Bu barədə İran Kürdüstanı Siyasi Qüvvələr Koalisiyasının (CPFIK) sözçüsü  bildirib.

Rəsmi şəxsin sözlərinə görə, Kürdüstan Azad Həyat Partiyası (PJAK) ilə əlaqəli kürd döyüşçüləri 2 mart günü İranda döyüş mövqelərini tutmağa başlayıblar. 

O bildirib ki, İran qüvvələri 3 martda sərhəd şəhəri olan Mərivanı boşaldıb və ərazidə və ətrafında müdafiə mövqeləri qurmağa başlayıblar.

Bəs baş verən hadisələr fonunda Güney Azərbaycanın mövqeyi necə olacaq?

Politoloq Bakir Həsənbəyli “Cebheinfo.az”-a bildirib ki, bir neçə gündür davam edən ABŞ – İran qarşıdurması, Tehranın və digər ərazilərin bombalanması rəşmi Vaşinqton  üçün arzuolunmaz haldır:

"Əvvəla ona görə ki, Tramp və komandası hakimiyyətinin 2-ci ilində olmasına rəğmən, hələ də seçkiöncəsi götürülən öhdəliklərin yerinə yetirilməsində əsaslı çətinlikləri var. Məsələ sıravi amerikanlını ABŞ-nin hər hansı coğrafiyada apardığı müharibə maraqlandırmır. Onu maraqlandıran əsas məsələ yanacağın bir qallonun onun cibinə uyğun olmasıdır. 

ABŞ – İran münaqişəsi, körfəz ölkələrinin SEPAH qüvvələri tərəfindən raket atışına məruz qoyulması, neft tankerlərinə Hörmüz boğazında yaradılan problemlər və s. həmin sıravi amerikalının arzularına mane olur. Tramp administrasiyası bunun fərqindədir. 

Müharibənin hər günü maliyyə baxımından ciddi rəqəmlərlə müşayiət olunur. Bundan başqa, İran tərəfinin rəsmi Vaşinqtonun tələb etdiyi hər 4 bəndi özünün qırmızı xətti elan etməsi 4-cü maddənin – rejimdaxili reformanın 1-ci yerə gətirilməsinə səbəb oldu. 

İranı buna məcbur etmək üçün hava hücumları kifayət etmir. Ona görə ki, rejim fərqli formatda qurulub, Digər tərəfdən isə müharibələr tarixinə nəzər yetirsək, yalnız hava hücumları ilə bağlı əsaslı nəticə almaq kimi bir hal yoxdur”. 

Politoloq bildirib ki, ABŞ-nin regionda İranın 610 minlik ordusu ilə quruda döyüşmək üçün insan resursu yoxdur:

"Yaxın Şərqdə ABŞ-yə məxsus 50-yə qədər hərbi bazalarda təxminən 60 minə yaxın əsgər var. Yəni İran ordusundan 10 dəfə az. Bir müddət öncə Suriyadakı vəziyyətlə bağlı ABŞ bu ölkənin həbsxanalarında olan təxminən 7 mindən çox İŞİD terror təşkilatının üzvlərini İraq həbxanalarına köçürmüşdü. 

ABŞ-nin azadlıq və ya digər vədləri müqabilində həmin terrorçuların da bu prosesə qoşulması gözardı edilməməlidir. İraqda yerləşən kürd silahlı qruplarının İran qüvvələrinə qarşı hərbi hücuma başlamaları barədə yayılan informasiyalar da, məhz Tramp Administrasiyasının münaqişəni yayğın hala gətirmək istəyindən qaynaqlanır.

İranın körfəz ölkələrini raket atəşinə tutmasına ABŞ-nin sərt reaksiya verməməsinin də səbəbi məhz budur. Rəşmi Vaşinqton münaqişənin arealını genişləndirməklə istədiyinə nail olduğu anda özünün arbitr rolunu təklif etməyi düşünür.

Vaşinqtonun İran rejiminə təzyiq göstərmək səylərində kürd qruplarını potensial tərəfdaş kimi nəzərdən keçirə biləcəyi istisna deyil. Əslində Suriyada 14 ilə yaxın İŞİD-lə mübarizə adı altında bu terror qruplaşmasını özünü hərbi müttəfiqi adlandırmış və milyard dollarla ölçülən maliyyə, silah-sursat vermişdir. 

ABŞ xüsusi xidmət orqanı bu əməliyyat konteksində İran daxilində xalq etirazlarını da tətikləmək istəyir. Bu istiqamətdə ən həssas qrup yəqin ki, cənublu soydaşlarımız ola bilər. Lakin bu hadisə heç də yaxşı ola biləcək nəsə vəd etmir. 

İran daxilində uzun illərdir ki, örgütlənmiş və demək olar ki, bu ölkədəki ən yaxşı təşkilatlanmış etnik qrup kürdlərdir. Kürd qüvvələri ölkə daxilində həm də yaxşı silahlanmış kəsimdir. Terrora bağlı kürd silahlı dəstələrinin İran ərazisində hərbi əməliyyatlara başlamaları hələ ki, rəsmi təsdiqini tapmayıb”. 

Politoloq qeyd edib ki, güneyli soydaşlarımız nə 12 günlük müharibədə, nə də bugünkü münaqişədə aktiv siyasi kəsim kimi meydanda deyil:

"Əslində ölkədəki xaotik siyasi-diplomatik və hərbi vəziyyət davam etdikcə, lüzumsuz qurbanların verilməsinə ehtiyac da yoxdur. Əgər İran gələcəkdə federativ və ya bir neçə müstəqil respublikalara bölünsə, ölkə əhalisinin yarısını təşkil edən soydaşlarımızın iradəsi nəzərə alınacaq".

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

kürd Bakir Həsənbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
cebheinfo.az

2Sources