EN

İran molla rejiminin Naxçıvana xain dron hücumu nəyə hesablanıb? VİDEO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran molla rejiminin Naxçıvan Beynəlxalq Hava Limanına hücumu təşviş yaratmaq xarakteri daşıyır.

Oxu.Az xəbər verir ki, hücum anında qeydə alınan görüntülərdə insanların təşviş içərisində olması bir daha göstərir ki, molla rejiminin bu cür addımları hərbi məqsəddən daha çox psixoloji təsir yaratmağa hesablanıb.

Regionda artan gərginlik fonunda edilən bu hücum əhali arasında narahatlıq yaratmaq məqsədini ehtiva edir.

Qeyd edək ki, Naxçıvanda dinc əhali axmaq molla rejiminin atdığı PUA-lardan təşvişə düşərkən, İranın Bakıdakı səfiri Əli Xameneinin şərəfinə xatirə kitabı açır.

Ətraflı videonu təqdim edirik:

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qabaqlayıcı zərbələr endirməyə başlayıblar. Bundan sonra İran həm İsrailə, həm Yaxın Şərqdə ABŞ bazaları yerləşən ölkələrə raket hücumlarına başlayıb.

Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, molla rejimi yenə öz bildiyini edərək bu gün xaincəsinə Naxçıvana dron hücumu təşkil edib.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
oxu.az

1Sources