EN

Professor: İranın Naxçıvana hücumu xəyanət və əxlaqsızlıqdır

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Martın 5-də İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Bir ədəd dron hava limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb və iki mülki sakin xəsarət alıb.

Professor Cümşüd Nuriyev Naxçıvana hücumu qiymətləndirərkən “Reytinq” qəzetinə deyib ki, İran mollalarının hava limanına hücumu dost Azərbaycan dövlətinə xəyanətdir.

Onun sözlərinə görə, Azərbaycan parlamentinin ölkə ərazisində heç bir xarici hərbi bazanın olmayacağına və Azərbaycan ərazilərindən başqa dövlətə qarşı istifadə edilməyəcəyini nəzərdə tutan qərarı var. Bunu İran da yaxşı bilir. Buna baxmayaraq, İran Azərbaycana qərəzli davranır.

C. Nuriyev əlavə edib ki, molla rejiminin Naxçıvana qarşı aqressiyası anlaşılan deyil: “Bu, mülki hava limanıdır, orada nə ABŞ, nə də İsrailin mövcudluğu var. Odur ki, İranın Naxçıvandakı mülki hava limanına dronla hücumu Azərbaycana qarşı əxlaqsızlıq və tərbiyyəsizlikdir”.

Professor vurğulayıb ki, molla rejimi öz ömrünü uzatmaq üçün başqa ölkələrdə mülki obyektləri də vurur: “Bu, beynəlxalq hüquqa və qonşuluq münasibətlərinə zidd davranışdır. Mülki obyekti vurmaq əvəzinə İslam Universitetini bitirib ayətullah olan yəhudi əsilli mollaları ilə məşğul olsunlar. İranda azı altı-yeddi belə ayətullah var. Onların Azərbaycana münasibətdə etdiklərinin bir adı var - xəyanət!”.

Nuriyev xatırladıb ki, Azərbaycan İranın ali rəhbəri Seyid Əli Xəmnəinin öldürülməsindən sonra qonşu İrana başsağlığı verən az-az dövlətlərdən biridir: “Cənab Prezident ötən gün İranın Azərbaycandakı səfirliyini ziyarət edib, başsağlığını çatdırıb. Dəfələrlə elan edib ki, Azərbaycan ərazilərindən heç vaxt qonşu və dost İrana qarşı istifadə edilə bilməz. Ancaq İrandakı mollalar tam əksini edir. Mən bunu qətiyyətlə pisləyirəm”.

Nemət ORUCOV

Reyting.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
108
50
reyting.az

10Sources