AZ

İsrail ordusu İranın yeraltı ballistik raket zavodunu bombalayıb

Bakı. Trend:

İsrail Hava Qüvvələri gecə ərzində Tehranda və İranın digərmərkəzi şəhərlərində həyata keçirilən aviareydlər zamanı bir sırahərbi və strateji əhəmiyyətli obyektləri hədəfə alıb.

Trend “Times ofIsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail MüdafiəQüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Əsas hədəflər arasında yeraltı ballistik raket zavodu və hərbiakademiya yer alıb.

Ordunun məlumatına əsasən, zərbələr zamanı İsrail Hərbi HavaQüvvələrinə məxsus 80-dən çox qırıcı təyyarə öncədən müəyyənedilmiş hədəflərə 230 bomba atıb.

IDF-in açıqlamasına görə, hədəflər arasında “İranın terrorrejiminin silahlı qüvvələrindən yüzlərlə hərbçinin fəaliyyətgöstərdiyi ballistik raketlərin saxlanılması və istehsalı üçünnəzərdə tutulmuş yeraltı obyekt” də olub.

Ordu bildirir ki, həmin obyekt "hakimiyyətə aid bunkerləri vəhərbi qərargahları” ehtiva edirdi.

Bundan əlavə, IDF başqa bir raket anbarı obyektinə də zərbəendirdiyini açıqlayıb. Məlumata görə, bu obyektə bunkerlər vəburaxılış infrastrukturu daxildir. Həmçinin İran İslam İnqilabıKeşikçiləri Korpusunun hərbi akademiyası olan İmam HüseynUniversitetinin də vurulduğu qeyd edilir.

Ordu bildirir ki, müharibə yeni mərhələyə daxil olduqca, İranınölkə üzrə silah istehsalı obyektlərinə, o cümlədən raket vəburaxılış qurğularının istehsal edildiyi müəssisələrə zərbələrgücləndirilir.

Məqalədə:
Seçilən
110
19
az.trend.az

10Mənbələr