EN

İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi və vəziyyəti müəyyənləşib

Bakı. Trend:

5 mart tarixində günorta radələrində Azərbaycan RespublikasınınNaxçıvan Muxtar Respublikasına İran İslam Respublikasınınərazisindən dron hücumları həyata keçirilməsi nəticəsində xəsarətalanlardan birinin kimliyi müəyyənləşib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan MuxtarRespublikası Xəstəxanasından bildirilib.

"Xəsarət alanlardan biri 1986-cı il təvəllüdlü ReyhanəVəliyevadır. Onun durumu hazırda orta-ağır qiymətləndirilir.Müayinəsi müəssisədə davam etdirilir" - xəstəxanadan qeydolunub.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Chosen
72
8
az.trend.az

10Sources