AZ

Məktəb ərazisinə düşən dronun ANBAAN VİDEOSU

Məlum olduğu kimi, bu gün günorta saatlarında Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib.

KONKRET.az xəbər verir ki, atılan dronlardan biri Şəkərabad kəndi ərazisində məktəb binasının yaxınlığına düşüb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.

İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib və nota təqdim olunacağı qeyd edilib.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
40
4
konkret.az

10Mənbələr