EN

Dövlət Vergi Xidmətinin rəisi: Aktiv vergi ödəyicilərinin sayı 860 minə çatır

Bakı, 5 mart, AZƏRTAC

Ölkədə aktiv vergi ödəyicilərinin sayı 860 minə yaxınlaşıb.

AZƏRTAC xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumdakı çıxışında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

“Ötən ilin nəticələrinə görə, könüllü əməletmə göstəricimiz 92,6 faiz təşkil edir. Qeyd etmək istərdim ki, 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb. İqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2025-ci il ərzində aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 860 minə yaxınlaşıb. Bu, 2019-cu illə müqayisədə 73,2 faiz çoxdur. Beləliklə, bu müsbət dinamikalar yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması və vergiödəyiciləri ilə qarşılıqlı etimadın artması hesabına mümkün olub. Eyni zamanda, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib. Bu nəticələr bir daha göstərir ki, sistemli və ardıcıl yanaşma uzunmüddətli effekt yaradır”, - deyə xidmət rəisi vurğulayıb.

Chosen
20
6
azertag.az

7Sources