AZ

Vergi Xidməti: Azərbaycanda “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində real nəticələr əldə edilib

BAKI, 5 mart. TELEQRAF

Azərbaycanda “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib. Bu nəticələr bir daha göstərir ki, sistemli və ardıcıl yanaşma uzunmüddətli effekt yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.

Orxan Nəzərli bildirib ki, iqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2025-ci il ərzində aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 860 minə yaxınlaşıb:

“Bu, 2019-cu illə müqayisədə 73,2 faiz çoxdur.

Beləliklə, bu müsbət dinamikalar yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması hesabına mümkün olub”.

Seçilən
31
6
teleqraf.com

9Mənbələr