EN

Qazaxda idman bayramı: Yerli idmançılar bacarıqlarını nümayiş etdirdi - FOTO

2026-cı ilin ölkənin “İdman Paytaxtı” elan olunan Qazax şəhərində yerli idmançıların iştirakı ilə müxtəlif idman növlərinin təqdimatı, həmçinin idmana həsr olunmuş kitab və rəsm sərgisi təşkil olunub.

İdman.Biz xəbər verir ki, tədbirdə şəhərin idman potensialı və tarixi irsi nümayiş etdirilib.

Sərgi zamanı yeniyetmə cüdoçular, şahmatçılar, güləşçilər, ağırlıqqaldıranlar, boksçular, futbolçular və qol güləşi üzrə idmançılar bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların çıxışları tədbirə xüsusi rəng qatıb.

Bununla yanaşı, sərgidə şəhərin tarixini əks etdirən kitablar, qədim musiqi alətləri və digər mədəni irs nümunələri də təqdim olunub.

Qeyd edək ki, bu gün Qazax şəhərində “İdman Paytaxtı-2026” layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.

İdman.Biz
Məqalədə:
Chosen
23
1
idman.biz

2Sources