EN

Finalissima Avropada keçirilə bilər

style='margin-bottom:10px;'>

Amerika kubokunun qalibi Argentina millisi ilə Avro-2024-ün çempionu İspaniya yığması arasında Qətərdə keçirilməli olan Finalissimanın məkanı dəyişdiriləcək.

QOL.az xəbər verir ki, görüşün martın 27-də Qətərin Lusail şəhrindəki "Lusail Stadium"da oynanılması nəzərdə tutulmuşdu..

Lakin Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən yarış təşkilatçıları bu ideyadan imtina etmək qərarına gəliblər.

Lakin matçın keçirilməsində logistika məsələsi ən yüksək prioritetə ​​malikdir. Tədbirin ləğvi planlaşdırılmadığı üçün təşkilatçılar məkanə dəyişmək barədə qərar qəbul ediblər. yaxın gələcəkdə həlledici Bildirilib ki, yaxında oyuna ev sahibliyi edəcək yeni ölkənin adı açıqlanacaq.

Mediada yayılan məlumatlara görə, hazırda yalnız iki real namizəd var - Londondakı "Tottenhem Hotspur Arena" və Romadakı "Stadio Olimpiko".

Növbəti iki gün ərzində qərarın verilməsi gözlənilir.

Chosen
30
1
teleqraf.com

2Sources