ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonundakı kafelərin birində baş verən hadisə rezonans doğurub. İçdiyi Türk qəhvəsinə qatılan kimyəvi maddə səbəbindən zəhərlənən gənc qadın məhkəmə prosesindən sonra 1,5 milyon lirə təzminat qazanıb.Demokrat.az xəbər verir ki, hadisə 17 noyabr 2025-ci ildə Beyoğlunun Ömər Avni məhəlləsində yerləşən kafelərdən birində baş verib. 26 yaşlı universitet məzunu, gənc mühəndis Ayben Özçilingir Turtura dostu ilə kafeyə gedərək Türk qəhvəsi sifariş verib. Qəhvədən ilk qurtumu alan kimi onun halı qəfil pisləşib və dərhal xəstəxanaya aparılıb.Həkimlərin apardığı müayinələr nəticəsində qəhvənin tərkibində güclü kimyəvi maddə, yuyucu toz kimi istifadə olunan kostik maddə (sodyum hidroksit) olduğu müəyyən edilib. Gənc qadın ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və bir müddət süni nəfəs aparatına qoşulub.Hadisədən sonra kafenin sahibi Engin Ö. qəhvəni hazırlayan Sıla Nur Ö. həmçinin Gülsüm Sude Ö. və kömək edən Münire A. saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun araşdırması zamanı hadisənin qəsdən törədilmədiyi qeyd olunub.Araşdırma materiallarına görə, kafedə iş çox olduğu üçün qəhvə hazırlayan əməkdaş mətbəxdə kömək istəyib. Yardıma gələn Münire A. isə etiketsiz şüşədə olan mayeni içməli su ilə qarışdırılan su zənn edərək qəhvəyə qatıb. Sonradan həmin mayenin yuyucu toz olduğu məlum olub. Rəydə bildirilib ki, qadın maddənin nə olduğunu bilməyib və bunu qəsdən etməyib.Prokurorluq hadisə ilə bağlı cinayət işinin başlanmasına əsas olmadığını qərara alıb. Bununla yanaşı, kafe sahibi və əməkdaşlar zərərçəkmiş tərəflə uzlaşma yolunu seçiblər. Nəticədə gənc qadına ümumilikdə 1,5 milyon Türkiyə lirəsi (təxminən 58 min manat) təzminat ödənilib.Hadisə qida təhlükəsizliyi və ictimai iaşə obyektlərində sanitariya qaydalarının nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.Azərbaycanda da restoran və kafelərdə qida təhlükəsizliyi məsələsi son illər daha çox diqqət mərkəzinə çəkilir. Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərində saxlanma və hazırlanma qaydalarının pozulmasının ciddi sağlamlıq riskləri yarada biləcəyini dəfələrlə vurğulayıb. Buna görə də belə müəssisələrdə kimyəvi maddələrin qida məhsullarından ayrı saxlanması və düzgün markalanması əsas təhlükəsizlik tələblərindən hesab olunur.İsmayıl
Demokrat.az


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.